Qazaxda “nurçular” saxlanıldı

Qazax rayonunda “nurçuluq” cərəyanını təbliğ edən xeyli sayda qanunsuz dini ədəbiyyatlar aşkar edilib, cərəyanı təbliğ edən iki nəfər saxlanılıb. Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə Qazax səhərinin Bakı küçəsində yerləşən, Qazax şəhər sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə dini dərslərin tədris olunması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin ünvanda qanunsuz olaraq “nurçuluq” cərəyanını təbliğ edən Gəncə şəhər sakini, 35 yaşlı Ağayev Murad Məhərrəm oğlu və Qazax rayonu Daş-salahlı kənd sakini 45 yaşlı Əhmədov Aqil Mahmud oğlu müəyyən edilib. Evə baxış zamanı “Nurçuluq”u təbliğ edən 175 ədəd ədəbiyyat, həmçinin dərslərə cəlb edilənlərin yaşaması üçün 7 ədəd divan və 4 çarpayı yataq dəsti ilə birlikdə aşkar edilib. Polis Şöbəsindən verilən məlumata görə, Aqil Əhmədov barəsində 7 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Murad Ağayev barəsində hansı tədbirin görüləcəyi isə dini ədəbiyyatla bağlı ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












