Qazaxıstan-Çin sərhədində nəqliyyat sıxlığı aradan qaldırılıb

Qazaxıstan-Çin sərhədindəki “Nur Jolı” keçid məntəqəsində vəziyyət tamamilə sabitləşdirilib, nəqliyyat axınını sürətləndirmək üçün əlavə tədbirlər görülüb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 11-dən Qazaxıstan-Çin sərhədində, “Nur Jolı” keçid məntəqəsinin yaxınlığında Çinə gedən nəqliyyat vasitələrinin müvəqqəti yığılması qeydə alınıb.
“Nur Jolı” gömrük postunun rəisi Murat Erdenbekov bildirib ki, nəqliyyatın müvəqqəti artması qonşu Çin ərazisindəki infrastruktur məhdudiyyətləri ilə bağlıdır.
Xüsusilə, “Kaljat” keçid məntəqəsinə bitişik “Dulatı” keçid məntəqəsində (ÇXR) yoxlama-nəzarət kompleksinin quraşdırma işləri aparılıb. Yeni avadanlığın quraşdırılması məqsədilə müvəqqəti olaraq nəqliyyat vasitələrinin qəbulunu azaldılıb, bu da nəqliyyat vasitələrinin “Nur Jolı” keçid məntəqəsinə yönləndirilməsinə səbəb olub.
Post rəisi qeyd etdi ki, Çin tərəfi ilə gündə ən azı 800 nəqliyyat vasitəsinin qəbul edilməsi, sonradan isə 1000 nəqliyyat vasitəsinə qədər artırılması barədə razılıq əldə edilib. Razılaşmalara uyğun olaraq, Qazaxıstan tərəfi elektron növbə limitlərini artırıb. Lakin sərhəddə nəqliyyat vasitələrinin faktiki qəbul nisbəti razılaşdırılmış parametrlərdən aşağı olub.
M.Erdenbekov həmçinin vurğulayıb ki, “Nur Jolı” keçid məntəqəsinin infrastruktur tutumu Çin istiqamətində gündə 1500-ə qədər nəqliyyat vasitəsinin göndərilməsinə imkan verir. Qazaxıstan tərəfi müqayisə ediləbilən həcmi qəbul etməyə tam hazırdır və ötürmə qabiliyyətinə dair heç bir texniki məhdudiyyət yoxdur. Prosedurların optimallaşdırılması bir nəqliyyat vasitəsinin orta tranzit müddətini 30 dəqiqəyə endirməyə imkan verib.
Hazırda “Nur Jolı” keçid məntəqəsi normal rejimdə işləyir. Nəqliyyat vasitələrinin qəbulu sabit şəkildə həyata keçirilir, Çin tərəfi ilə birgə fasiləsiz daşınma prosesi reallaşdırılır.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












