Qazaxıstan səfiri: "Gəncəyə daha bir raket hücumunu qətiyyətlə qınayıram"

“Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşərək regionda sülh və sabitliyə təhdid yaratmasından ciddi narahatlığımı bildirirəm”.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.
“Beynəlxalq humanitar hüquq qarşısındakı öhdəlikləri də nəzərə almaqla dinc şəhərləri, dinc əhalini, mülki obyektləri atəşə tutmağı yolverilməz, insanlıqdan kənar əməl hesab edirəm. Bununla bağlı Gəncə şəhərinə daha bir raket zərbəsini, nəticədə məsum uşaqlar da daxil olmaqla dinc sakinlərin öldürülməsini qətiyyətlə pisləyirəm”, – deyən səfir həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa dilədiyini söyləyib.
“Qazaxıstan Respublikasının daha əvvəl də səsləndirilmiş və dəyişməz qalan mövqeyi çərçivəsində bu münaqişənin beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyü prinsipinə, BMT Təhlükəsizlik Şurasına əsasən dinc yolla həllinin vacibliyini bir daha təsdiq etmək istərdim”, – diplomat fikrini bildirib.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












