Qəlyan insult və xərçəng riskini beş dəfə artırır - Onkoloqlardan həyəcan təbili

Onkoloqlar qəlyan çəkməklə bağlı ciddi sağlamlıq təhlükələri barədə məlumat veriblər. Mütəxəssislərin sözlərinə görə, qəlyanı bir dəfə istifadə etrmək orqanizmə təxminən 100 siqaret qədər nikotin daxil edə bilər. Avtosfer.az-ın "Bizim.Media"ya istinadən məlumatına görə, ekspertlər izah edirlər ki, qəlyan çəkən insan adi siqaretə nisbətən daha dərin və uzun nəfəs çəkir. Nəticədə orqanizmə böyük miqdarda nikotin və toksik maddələr daxil olur. Bundan əlavə, siqaretdən fərqli olaraq, qəlyanın tüstüsü bir neçə saat ərzində ağciyərlərə dolur ki, bu da ürəyə, damar sisteminə və tənəffüs yollarına xüsusi dərəcədə təhlükəli yüklənmə yaradır.
Onkoloqların məlumatına görə, mütəmadi olaraq qəlyan çəkmək aşağıdakı risklərlə əlaqələndirilir:
- Damarların kəskin daralması və ürək-damar sisteminə yüksək yük səbəbindən insult və infarkt riskinin beş dəfə artması;
- Qəlyan tüstüsündə kanserogenlər, ağır metallar və kömürün natamam yanma məhsulları olduğu üçün ağciyər xərçənginin inkişaf ehtimalının artması;
- Tənəffüs yollarının selikli qişasının zədələnməsi və bununla xroniki ağciyər xəstəliklərinin sürətlə inkişaf etməsi;
- Həm kişilərdə, həm qadınlarda reproduktiv sistemə toksik təsir.
Həkimlər vurğulayırlar ki, qəlyanla bağlı mif onun qəbulu zamanı tüstünün sudan keçərək soyuması ilə bağlı olan məlumatlardır. Lakin bu filtrasiya nə nikotini, nə kanserogenləri, nə də ağır birləşmələri aradan qaldırmır. Mütəxəssislər bildirirlər ki, qəlyanın populyarlığı xüsusilə gənclər arasında yüksəkdir. Bir çoxları onu zərərsiz istirahət elementi kimi görür və onu tam şəkildə siqaret çəkmə hesab etmir. Bu səbəbdən qəlyan çəkmə müddəti siqaret çəkməni onlarla dəfə üstələyir – insanlar qəlyan masasında 1–3 saat keçirirlər. Nəticədə nikotin və toksinlərin ümumi dozası adi siqaret çəkmədən xeyli yüksək olur. Onkoloqlar çağırış edirlər ki, qəlyanla bağlı geniş yayılmış yanlış fikirlər yenidən qiymətləndirilsin və bu vərdiş yüksək riskli siqaret çəkmə forması kimi qəbul edilsin. Onlar vurğulayırlar ki, qəlyandan mütəmadi istifadə gənc yaşlardan ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bu şəxslərin maaşı saathesabı olacaq
İki santimetr qar düşən kimi şəhər niyə iflic olur? – Bakının infrastruktur rəzaləti A-dan Z-ə
Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI
Taksi sürücülərinin DİQQƏTİNƏ! - Bu ərazilərdən kənara çıxsanız...
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq - VİDEO
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR
Misir Mərdanova Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsi verildi
Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA
Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir - ARAŞDIRMA
Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?











