Qənirə Paşayeva şəhid anası ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Elvin Elşən oğlu Şəriflinin anası Zeynəb Səfər qızı Haqverdiyeva ilə Milli Məclisdə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Oğlunuz bugünləri görməsə də, əminəm ki qələbəmiz onun ruhuna əyandır.
Biz bilirik ki həyat yoldaşınız I Qarabağ Müharibəsi vaxtı minaya düşüb, bədənindəki qəlpələr bugünədək qalmaqdadır. Sizin həyatda qalmış yeganə övladınız Elşanənin həyat yoldaşı da hazırda həqiqi hərbi xidmətdədir. Bütün bunlar sizin ailəlikcə Vətəncanlı olduğunuzu çox parlaq şəkildə göstərir.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”.
Q.Paşayeva şəhid anasına üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












