Qərbin bundan danışmağa haqqı yoxdur - İran

İllər boyu İran xalqının hüquqlarının pozulmasına göz yuman bəzi Qərb dövlətlərinin insan hüquqlarından danışmağa haqqı yoxdur.
Avtosfer.az axar.az-a xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin insan hüquqları üzrə katibi Baqeri Kaani deyib. O bildirib ki, müasir dünyada insan hüquqları məsələsi siyasi təsir vasitəsinə çevrilib. Milli maraqlarını qoruyaraq siyasət yürüdən dövlətlərə qarşı insan hüquqlarının pozulması iddiası irəli sürülür. Halbuki, illər boyu İrana qarşı tətbiq edilən sanksiyalar insanların bütün hüquqlarını pozur. Lakin heç bir Qərb dövləti bir söz belə deyə bilmir.
B. Kaani bildirib ki, bəzi hallarda ağır cinayət törədən adamların həbsdən azad olunması tələb edilir. Casusluqda və digər ağır cinayətlərdə ittiham edilərək həbs olunan və günahı məhkəmə tərəfindən sübuta yetirilən insanların azadlığa buraxılması tələbi ikili standartlardan xəbər verir.
İnsan hüquqları ümumbəşəri dəyərdir və onun qorunması zəruridir. Lakin insan hüquqlarından siyasi təsir mexanizmi kimi istifadə etmək yolverilməzdir.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












