Qətlə yetirilən kapitanla bağlı maraqlı açıqlama: "Əlini çiynimə qoyub..."

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədovla bağlı qonşusu, jurnalist Məğrur Salmanov açıqlama verib.
O, həlak olan polislə bağlı xatirələrini özünün sosial şəbəkə hesabında paylaşıb:
“Eldənizlə qonşu idik. Zəhmli görünür, ancaq yumşaq adam idi. Demək həyətdə 5 maşınlıq dayanacağımız var idi. Cəmi 5 qonşu maşını saxlayırdı. Mən yeni idim, çox sıx olurdu həyət. Bir dəfə maşınımı onun maşının qabağında saxladım. Gecə maşını kənara çəkməyi unutmuşdum. Üstündən 2-3 gün keçəndən sonra liftdə qarşılaşdıq. Çox utanırdım.Adam səhər tezdən qapını döyməyə üzü gəlməyib, taksi ilə işə gedib. Nə isə üstündən bir neçə gün keçəndən sonra liftdə qarşılaşdıq. Əlini çiynimə qoyub, “ay səni tutdum” deyə ağır-ağır güldü. İkimiz də güldük. Dostluq yarandı. Eldəniz məhləni işıqlandırmaq üçün projektor almışdı, öz sayğacına qoşmuşdu. Məhlənin səliqə səhmanına təşəbbüs göstərən adam idi. Məhlədə hündür quru ağaclar var idi, külək əsəndə təhlükəli idilər. Nə qədər çalışsa da, aidiyyəti qurumlara ağacları kəsdirə bilməmişdi. Mənə tez -tez “gör neyləyə bilirsən, ay jurnalist…” deyirdi. Yaşıllaşdırmaya ağacları hamısını doğratmışdım. Bu da bir xatirə. Allah rəhmət eləsin!” /Konkret.az/
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












