Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək. Yaxın 2 gün ərzində də ölkə ərazisində yağıntılı hava müşahidə ediləcək. Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə düşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 19-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Fərid
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












