Qəza törədən sərxoş sürücünün dili kəsildi

Gəncə şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Göygöl rayonun Üçtəpə kənd sakini 28 yaşlı Vuqar Qurbanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə prospektlə yüksək sürətlə hərəkətdə olarkən idarə etməni itirib, ağaca daha sonra isə məişət tullantıları qutusuna çırpılıb. Nəticədə sürücü və onun sərnişini 30 yaşlı Qamət Süleymanov ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Vüqar Qurbanovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Sükan arxasında sərxoş olan sürücünün dili kəsilib. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












