Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir - Dinara Nurqaliyeva

“Azərbaycan Hava Yolları” (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı qəza yerində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin istintaq qrupu araşdırma işləri aparır. Qəza rayonda fəaliyyət göstərən güc strukturlarının nümayəndələri hadisə yerində istintaqa lazım olan dəlillərin mövcud olduğunu bildiriblər. Qazaxıstan rəsmi nümayəndələri azərbaycanlı həmkarları ilə koordinasiyalı formada araşdırma işlərini aparırlar. İstintaq qrupu hadisəni bütün versiyalara görə araşdırırlar. “Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yerdə 97 texnika və 482 nəfər xilasedici işləyir.
Avtosfer.az xəbər verir ki, bunu “Azərtac”a açıqlamasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Dinara Nurqaliyeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan, Qazaxıstan və Rusiya arasında onlayn formada informasiya mübadiləsi aparılır:
"Qazaxıstanın fövqəladə hallar naziri hadisə yerindədir. Baş verən qəza ilə bağlı aparılan istintaq işinin nəticəsinə görə yekun məlumat veriləcək".
Dinara Nurqaliyeva qeyd edib ki, hazırda xəstəxanada 29 yaralı var, onlardan ikisi uşaqdır.
Qeyd edək ki, hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.












İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












