"Qəzalar çox vaxt moped sürücüsünün istəyi olmadan baş verir"

Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini son oxunuşda qəbul edib.
Bəs bu qərardan sonra moped qəzaları azalacaqmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, mopedlərin iştirakı ilə baş verən qəzaların sayının azalmasını biz indidən dəqiq şəkildə deyə bilmərik, çünki baş verən qəzaların səbəbləri həddindən artıq çoxdur:

"Burada çox vaxt moped sürücüsünün istəyi olmadan, digər nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətsizliyi ucbatından da qəzalar baş verir. Yəni təkcə moped sürücülərinin qayda pozuntuları deyil, avtomobil sürücülərinin diqqətsizliyi və yol hərəkəti qaydalarına riayət etməməsi də qəzaların yaranmasına səbəb olur. Ancaq hər halda deyə bilərik ki, moped sürücülərinin bu yollarda daha məsuliyyətli davranmalarına çalışacağıq. Bunun üçün maarifləndirmə işləri gücləndirilməlidir, qayda pozuntularına qarşı nəzarət artırılmalıdır və sürücülər arasında qarşılıqlı hörmət prinsiplərinin təbliği vacibdir. Eyni zamanda, moped sürücülərinin təhlükəsizlik qaydaları barədə məlumatlandırılması, qoruyucu vasitələrdən istifadənin təşviqi və xüsusi təlimlərin keçirilməsi də qəzaların sayının azalmasına müsbət təsir göstərə bilər".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












