Qəzaların yaddaşda qoyduğu izdən necə xilas olmaq mümkündür? – PSİXOLOQ AÇIQLADI

Psixi və emosional hisslər sağlamlığımızın ayrılmaz hissəsidir. Buna görə də psixi sağlamlığımızı qorumaq və yaxşılaşdırmaq üçün psixoloji dəstək almaq olduqca vacibdir.
Travmalar fərqli olduğu üçün mütəxəssislərin onlara qarşı yanaşmalarıda fərqli olur.
Bəs qəza zamanı ağır travma keçirmiş şəxslərə və ailələrinə hansı psixoloji dəstək verilməlidir?
Psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, qəza və yaxud təbii fəlakətlər gözlənilmədən gəldiyi üçün insanlar ilk başda nə baş verdiyini anlamaqda çətinlik çəkirlər:

“Müəyyən vaxt keçdikdən sonra isə hadisənin dərinliyini daha ciddi mənada dərk etməyə başlayırlar. Ona görə də əgər qəzadan sağ çıxanlar varsa, qəzadan sonra postravmatik stress yaşaya bilərlər. Şəxsin səhhətində, qəza sonrası stress nəticəsində əhval-ruhiyyəsində, psixoloji vəziyyətində və davranışlarında müəyyən qədər dəyişiklik ola bilər. Belə hallar müşahidə etdiyimiz zaman mütləq şəkildə onlara psixoloji dəstək göstərməliyik. Nəzərə almalayıq ki, onların yaşadıqları duyğular, göstərdikləri davranışlar normal hal deyil”.
Psixoloq əlavə olaraq bildirib ki, zərəçəkmişlər qəza zamanı baş verənləri anlıq olaraq təkrar yaşadıqları üçün bundan qurtula bilmirlər və düşüncələrində fərqli ssenarilər yazmağa başlayırlar: “Belə insanlar başlarına gələn müxtəlif hadisələri qəzada aldıqları travmalarla əlaqələndirə bilərlər. Bu kimi hallar baş verdiyi zaman isə yalnız terapiya deyil, paralel olaraq dərman müalicəsini də tövsiyyə edirik”.
Eltac Zülfüqaroğlu
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












