"Qəzanın qaz balonunun partlamasına görə baş verməsi iddiası absurddur" - Əməkdar pilot

"Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasına səbəb olaraq təyyarənin salonunda qaz balonunun partlaması versiyasının irəli sürülməsi absurddur".
Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Əməkdar pilotu Tahir Ağaquliyev bildirib.
Tahir Ağaquliyev bildirib ki, təyyarənin göyərtəsində qaz balonları yoxdur, oksigen balonu var.
"Oksigen balonundan da hər hansı problem yarandığı hallarda istifadə olunur ki, sərnişinlər rahat nəfəs ala bilsinlər. Yalandan yazırlar ki, balon partlayıb. Belə şey ola bilməz", - deyə Tahir Ağaquliyev qeyd edib.
Tahir Ağaquliyev bildirib ki, təyyarənin zədələnməsi raket partlayışından qəlpələrin yayılması nəticəsində baş verib:
"Bunlar hidravlik sistemi, hidravlikanı zədələyən raket parçalarıdır. Təyyarənin sükanı hidravlika əsasında işləyir".
Əməkdar pilot onu da vurğulayıb ki, göyərtədə oksigen maskalarının açılması yalnız salonun kipliyinin pozulması nəticəsində baş verir.
"Raket özü təyyarəyə dəyməyib, təyyarəyə qəlpələr dəyib. Raket haradasa 10 metr aralıda təyyarəyə çatmamış partlayıb. Balon məsələsi isə cəfəngiyyat, absurddur. Sadəcə, deməyə sözləri qalmayıb, kirlərini necə yuyacaqlarını bilmirlər", - deyə Tahir Ağaquliyev vurğulayıb.
Qeyd edək ki, Rusiya və digər ölkələrin informasiya resursları AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb kimi salonda qaz balonunun partlaması versiyasını yayır.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












