Qəzaya düşən şagirdlərdən biri əməliyyat olunur - Tur şirkətinin adı məlum oldu
Valideynlər turizm şirkətinin onların övladının taleyinə laqeyid yanaşmasından şikayətlənirlər.
Dünən Bakı-Şamaxı yolunda məktəbliləri istirahətdən gətirən avtobusun qəzaya uğraması nəticəsində ağır yaralanan şagirdlərdən biri, Elnur Qasımov yaxın saatlarda əməliyyat olunacaq. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Elnur Qasımovun anası Aynur Qasımova verib. O, bildirib ki, hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Elnurun əməliyyatına hazırlıq aparılır: "Oğlumun əl barmaqları sınıb. Hazırda daxili orqanlarını yoxlayırlar. Yaxın saatlarda əməliyyat edəcəklər".
A. Qasımova şagirdlərin gəzintisini təşkil edən tur şirkətindən də gileyləndi. Bildirdi ki, tur şirkəti uşaqları 8 saat özəl klinikalardan birində gözlətsə də, ödənişi etmədiklərindən uşaqlar əməliyyat olunmayıb. Hər uşaq üçün isə tur şirkəti 23 manat turpaket haqqı alıb.
A. Qasımovanın sözlərinə görə, bundan sonra uşağını Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib.
O, istirahətə getmələrinin təfərrüatlarını da Sputnik Azərbaycan-la bölüşüb. Bildirib ki, bu il 4-cü sinfi başa vurmaqlarına görə, valideyunlər uşaqları rayonlardan birinə gəzintiyə aparmaq qərarına gəlib: "Əslində Elnur 6-cı sinifdə oxuyur, onların sinfi getmirdi. Qardaşı gedirdi deyə onu da apardım. Qayıdanda sürücü avtobusu saxlaya bilmədi. Bu hadisə baş verdi. Mən özüm də belimdən travma almışam. Tur şirkəti uşaqlarımla qəti maraqlanmır".
279 saylı məktəbin direktoru Südabə Abdullayeva gəzinti istirahət günü təşkil olunduğundan, hadisədən gecə saat 00:01 radələrində xəbər tutduğunu söyləyib: "Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəlliməsini də valideynlər qonaq edib. Arzu müəllimə də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllimə dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq".
S. Abdullayeva bildirdi ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət "Empaty Travel" turizm şirkətidir. "Empaty Travel" şirkətindən nə qədər cəhd etsək də dəstəyi qaldırıb suallarımıza cavab verən olmadı.
Qeyd edək ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Şamaxının "Acı dərə" deyilən ərazsindən keçən hissəsində qeydə alınıb. Sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər.
Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










