QHT-lərə Dövlət Dəstəyi Agentliyi xərclərini 13%-ə yaxın azaldıb

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2023-cü ili 6,136 milyon manat xərclə başa vurub.
Avtosfer.az agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,6 % azdır.
2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə ayrılmış qrantlar üzrə xərcləri 4,349 milyon manat (2022-ci ilə nisbətən 16,6 % az), qurumun işçi heyəti ilə bağlı xərcləri 799 min manat (7,3 % az), ümumi və inzibati xərcləri 753 min manat (9,3 % az), köhnəlmə və amortizasiya xərcləri 189 min manat (2,2 dəfə az), maliyyə xərcləri isə 46 min manat (53,3 % çox) təşkil edib.
2024-cü il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 1,011 milyon manat olub ki, bu da illik müqayisədə 23,3 % azdır. Hesabat dövründə agentliyin öhdəlikləri 2,2 dəfə artaraq 313 min manata, balans kapitalı isə 13 % artaraq 697 min manata çatıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin bu sahədə idarəetmənin təkmilləşdirilməsi 19 aprel 2021-ci il fərmanına əsasən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik QHT-lərin inkişafı, onlarla dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











