QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub - FOTO

Silahlı Qüvvələr Günü münasibətilə QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub.
Avtosfer.az xəbər verir ki, iyunun 24-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub. Hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib. Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada gəzintiyə şərait yaradılıb. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak ediblər.
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hərbiçilər qarşısında çıxış edib, onları Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu əsgərlərə şirniyyatlardan ibarət bayram hədiyyələri təqdim edib.
Tədbir Dövlət Sərhəd Xidmətinin musiqi qrupunun ifasında bayram konserti ilə davam edib.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA














