QHT-lərlə dövlət qurumlarının birgə fəaliyyətində ciddi problemlər var idi - Aygün Əliyeva

Müstəqilliyin ilk illərində qeyri-hökumət təşkilatları (QHT) ilə dövlət qurumlarının birgə fəaliyyətində ciddi problemlər var idi.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda deyib.
O qeyd edib ki, bunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev bu problemi aradan qaldırmaq üçün vacib addımlar atdı:
"Hazırda ölkəmizdə bərqərar olan iqtisadi, siyasi, sosial, mədəni inkişaf, vətəndaş cəmiyyəti və siyasi plüralizm uzunmüddətli ciddi təşkilati işlərin görülməsinin nəticəsidir".
A.Əliyeva xatırladıb ki, bu il Azərbaycan ilk dəfə COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdi.
O vurğulayıb ki, COP29 tədbirində iştirak baxımından qeyri-hökumət təşkilatları dövlətlərdən sonra ən çox təmsilçiliyə sahib idi:
"Tədbir zamanı Azərbaycana 10 minə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi qonaq qismində gəlmişdi və ölkə prezidenti cənab İlham Əliyev də əksər müsahibələrində bu məsələyə toxunur. Amma, təəssüf ki, bu cür əhəmiyyətli tədbir zamanı da bəzi qüvvələr qarayaxma kampaniyalarını davam etdirdilər. Təbii ki, bu zaman səsləndirilən ən böyük ittiham Azərbaycanın neft ölkəsi olması ilə bağlı idi.
Azərbaycan tarixən neftin sənaye üsulu ilə istehsal olunduğu ilk ölkədir. Hətta bu gün həmin o siyasi dairələrin də fəxrlə adını çəkdiyi Nobel mükafatının nüfuzu da, sərvəti də Azərbaycan neftindən qidalanıb. Azərbaycanı neft ölkəsi olmaqla ittiham edən qüvvələr həm də onu göz önünə gətirməlidir ki, bu gün Azərbaycan alternativ enerji ölkəsi olmağa doğru çox uğurla transformasiya edir. Həmçinin Azərbaycan tarixdən bizə, təəssüf ki, miras olaraq qalmış 30 il ərzində işğal altında qalan və mina təhlükəsi ilə üzləşən torpaqlarımızı sıfır emissiya ilə gülüstana çevirir".
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












