QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər - FOTO

Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində sərhədçilərlə görüş olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə sərhədçilərlə yanaşı, şəhid ailələri, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev, QHT təmsilçiləri iştirak ediblər.
Əvvəlcə silah və texnikalara baxış keçirilib və bunlar haqqında qonaqlara ətraflı məlumat verilib. Eyni zamanda, tank üzərində gəzinti təşkil edilib. Daha sonra konsert proqramı təqdim olunub.
Görüşdə çıxış edənlər vurğulayıblar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarix yazıb. Ərazi bütövlüyü və suverenliyi bərpa edilən ölkəmizin sərhədləri bu gün əmin əllərdədir.
Daha sonra sərhədçi əsgərlərə hədiyyələr təqdim olunub. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında musiqi nömrələri səsləndirilib, sərhədçilər və qonaqlar rəqsə qoşulublar.
























Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












