Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənistanın bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissələrini raket atəşinə tutmasını hərbi cinayət adlandırıb.
Avtosfer.az Trend - ə istinadən xəbər verir ki, portallar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır: “Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.
Portallar yazır ki, Ermənistanın Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan çox adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qırğızıstan portalları Hikmət Hacıyevə istinadla yazır: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











