Qış fəsli mövsümi qriplərin ən çox baş qaldırdığı, ən çox xəstəliyə səbəb olduğu dönəmdir - VİDEO

Avtosfer.az xəbər verir ki, bunu TƏBİB-in mütəxəssisi, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, respirator infeksiyalar əslində çoxdur.
"Bunlar təxminən bir-birinə oxşar, kəskin respirator xəstəlik törətmə qabiliyyətinə malik xəstəliklərə səbəb olurlar. Bunların arasında ən təhlükəlisi influenza virusudur ki, ümumi olaraq biz bunu mövsümü qrip xəstəliyi və ya qrip adlandırırıq. Bu virusun yaratdığı xəstəliyin qarşısını almaq üçün peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, bu, Avropa ölkələrində 50 faizə bərabərdir. İngiltərədə bu rəqəm 40-50 faiz, ABŞ-da 60-70 faizə bərabərdir.
Əslində hər kəs peyvənd olunmalıdır. Koronavirus pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir dönəmdə əlavə olaraq respirator infeksiyalar, onların arasında ağır gedişata səbəb olan qrip virusu ilə xəstələnmə halı da əlavə olunarsa, bu ikiqat xəstəliyin ağır gedişatına səbəb ola bilər".
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












