Qız toyundan çıxıb oğlan toyuna gedənlər ağır qəzaya düşdü - 7 yaralı

Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az--ın APA-ya istinadən verdiyi məlumata görə, Ağstafa rayon Qırlı kənd sakini, 1994-cü il təvəllüdlü Tural Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi “Nissan X-Trail” markalı maşın toqquşub. Qəza nəticəsində sürücülər və sərnişinlər, 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova, 1992-ci il təvəllüdlü Əminə Şahquliyev, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Mərkəzi rayon Xəstəxanasına oradan isə 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər-T. Muxtarov isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. İki nəfər isə ambulator müalicəyə buraxılıb.
Məlumata görə “Ford”da olanlar Ağstafadan qız toyundan çıxaraq Bakıya oğlan toyuna gedirlərmiş. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












