Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

Dünya Qızıl Şurası (WGC) yayımladığı son hesabatda qızılın 2025 boyunca "əlahiddə performans" göstərdiyini açıqlayıb. Hesabata əsasən qızıl il ərzində 50-dən çox tarixi rekord qeydə alıb və 60 faizdən artıq gəlirlə investorların diqqətini cəlb edib.
Qaynarinfo xəbər verir ki, gesabatda bu güclü performansın arxasında artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, zəifləyən ABŞ dolları və yüksək qiymət momentumu kimi amillərin dayandığı bildirilib. Həm fərdi investorların, həm də mərkəzi bankların diversifikasiya və təhlükəsizlik məqsədi ilə qızıla yönəlməsi tələbi daha da artırıb.
WGC 2026-cı ilə dair mənzərənin əsasən davam edən geoekonomik qeyri-müəyyənlik tərəfindən formalaşdığını qeyd edib. Mövcud qiymət səviyyələrinin ümumi makroiqtisadi gözləntiləri əks etdirdiyi, şərtlər dəyişməzsə qızılın dar diapazonda hərəkət edə biləcəyi vurğulanıb.
Bununla yanaşı, 2025-ci ildə qeydə alınan sürpriz performansın oxşar inkişaflara yol aça biləcəyi qeyd edilərək, 2026-cı il də gözlənilməz hadisələrə səhnə ola bilər qiymətləndirməsi verilib.
WGC-nin təhlilində qızılın 2026 performansını müəyyən edə biləcək müxtəlif ssenarilər göstərilib. Hesabata görə:
* İqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin daha da enməsi halında qızıl orta səviyyəli gəlir yaza bilər.
* Qlobal risklərin artdığı kəskin iqtisadi daralma baş verərsə, qızılın çox güclü performans göstərə biləcəyi qeyd olunur.
* Əksinə, Tramp administrasiyasının iqtisadi siyasətlərinin uğurlu nəticə verməsi və geosiyasi risklərin azalması ssenarisində daha sürətli artım, yüksələn faizlər və güclənən ABŞ dolları qızıl qiymətlərini aşağı çəkə bilər.
Qızıl bazarına mərkəzi bankların tələbi və qızıl geri dönüşümündəki tendensiyalar da 2026-cı il üçün əsas müəyyənedici faktorlar arasında göstərilir. WGC bu amillərin qiymətləmə davranışını əhəmiyyətli dərəcədə təsir edə biləcəyini bildirir.
Hesabatda davam edən qlobal bazar dəyişkənliyi nəzərə alınaraq qızılın portfellərdəki rolunun hələ də kritik olduğu vurğulanır. WGC qızılın diversifikasiya vasitəsi və sabitləşdirici element kimi əhəmiyyətini qoruduğunu qeyd edir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












