Qobustan-Şamaxı-İsmayıllı yolundakı sürüşmə ocaqları – AKTİVLƏŞDİ

“Yağıntıların belə intensiv olması sürüşmə proseslərinin fəallaşmasına gətirib çıxarıb. Artıq bir çox mövcud sürüşmə zonasında, xüsusilə Qobustan-Şamaxı-İsmayıllı avtomobil yolunun ətrafındakı sürüşmə ocaqlarının aktivliyi aydın şəkildə görünür”.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, payızda yağıntıların intensiv xarakter alması nəticəsində sürüşmə prosesləri daha da fəallaşacaq: “O cümlədən əhaliyə dəyə biləcək maddi ziyanın da böyük olacağını ehtimal etmək olar. Xatırladım ki, məhz belə intensiv yağışlar nəticəsində dünyanın bir çox ölkəsində güclü sürüşmə hadisəsi baş verib və tələf olanların sayı artıq yüzlərlə ölçülür”.
E.Əlizadə qeyd edib ki, Azərbaycandakı mövcud sürüşmə sahələrində monitorinqləri daha da gücləndirmək lazımdır: “Habelə, istinad divarlarını möhkəmləndirmək və kommunikasiya xətlərini təmizləməklə baş verə biləcək təhlükənin qarşısını almaq mümkündür”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












