Qubada da avtobuslara qarşı reyd keçirildi – FOTO

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən paytaxtda və regionlarda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reydlər davam etdirilir. Nəqliyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 18-də DANX-ın Quba Regional şöbəsi tərəfindən Quba şəhərində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Sərnişindaşıma qaydalarını pozan, qeyri-qanuni fəaliyyət göstərən sürücülər cərimə olunub. Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib.
Qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Qanunsuz fəaliyyəti göstərən sürücülərə qarşı reydlər bundan sonra da davam etdiriləcək.
Emin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar





















