Quru sərhədlərin açılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Regionda baş verən proseslər fonunda Gürcüstanla quru sərhədlərin açılıb-açılmayacağı mövzusu yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, karantin rejiminin müddətinin uzadılması və ölkə daxilində aparılan əməliyyatlar fonunda ictimaiyyət qarşıdakı ildə sərhədlərin taleyinin necə olacağını maraqla gözləyir. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hazırki vəziyyətdə sərhədlərin açılması real görünmür.
Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi yanvarın 1-nə qədər uzadılıb və bu, quru sərhədlərin yaxın zamanda açılmayacağı ehtimalını gücləndirir:
“Karantin rejiminin uzadılması o deməkdir ki, quru sərhədlərin açılması hazırda gündəmdə deyil. Düşünürəm ki, ilin sonunda məsələyə daha çox aydınlıq gələcək. Amma indiki şəraitdə sərhədlərin açılması mümkünsüz görünür.”
Siyasi şərhçi əlavə edib ki, ehtimallara görə karantin rejiminin müddəti aprelin 1-nə kimi yenidən uzadıla bilər:
“Bununla bağlı xəbərlərə rast gəlinir. Ölkə daxilində agentura şəbəkəsinə aid bəzi şəxslərin həbsləri həyata keçirilir və bu prosesin davam edəcəyi bildirilir. Bu isə hökumətə sərhədlərin açılmasını bir müddət də ertələməsi üçün əsas verir. ”Cavanşir Abbaslının fikrincə, hətta gələn ilin ilk yarısında belə quru sərhədlərin açılması ehtimalı çox aşağıdır. Bununla belə, o, məsələnin əhəmiyyətini vurğulayıb: “Quru sərhədlərin açılması çox mühümdür. İnsanlarda artıq immunitet formalaşıb və sərhədlərin bağlı qalmasına müəyyən qədər öyrəşiblər. Amma istənilən halda bir ölkənin quru sərhədlərinin uzun müddət bağlı qalması yaxşı hal deyil. Xüsusilə də qonşu Gürcüstanla sərhədlərin bağlı qalması sadə vətəndaşların cibinə birbaşa təsir edir”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











