"Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim"

Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb.
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni verilişlərin birində bir neçə il əvvəl verdiyi solo konsertindən gəlir əldə etmədiyini deyib:
"2020-ci ildə Heydər Əliyev Sarayında konsertim oldu. Səkkiz günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur. Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim".
T.Əmrah bildirib ki, konsert salonlarındakı avadanlıqlar onu qane etmədiyi üçün konsert vermir:
"İndi saraylar, restoranlar var ki konsert təklif edir, razılaşmıram. Dünyada bütün səs rejissorları konservatoriya bitirir ki, səsə düzgün rəng versinlər. Bizdəkilər isə yox. Mən 32 ildir sənətdəyəm, bunu ona qurban verə bilmərəm. Konsertdə fonoqram oxumaq olmaz".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












