Qusar polisi məktəblilərlə görüşüb - FOTO

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Caqarqışlaq kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Emin Kərimov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Daha sonra “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru Ramik Nəzərov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib.
Çıxış edənlər, həmçinin erkən nikahın fəsadları barədə də dinləyiciləri məlumatlandırıblar.
Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.





Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












