Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Eyni piştaxtada satılan quzu ətləri arasında qiymət fərqi var.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti əsasən 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik heyvanın kiloqramı 23-25 manata qədər yüksəlir.
Satıcılar bildirirlər ki, qiymət çəkiyə, quzunun növünə və alış qiymətinə görə formalaşır.
Qəssabların sözlərinə görə, əmlik quzular daha az tapılır. Buna görə də onları əsasən sifariş əsasında gətirərək kəsib satırlar. Satıcılar bildirirlər ki, əmlik quzu ilə iriçəkili quzu arasındakı əsas fərqlərdən biri də ətin daha yumşaq və dadının fərqli olmasıdır.
Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Onlar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzunun əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.
Qeyd edək ki, son aylarda ölkəyə ət idxalı artıb. Bu isə bazarda təklifin azalmasının qarşısını alan amillərdən biri hesab olunur. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da baha olması istisna deyildi.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












