Rahat yol istəyirik, amma NARAZIYIQ: Təmir işləri hansı saatlarda aparılmalıdır? - AÇIQLAMA

Gündəm 28 İyun 2024 15:13 Oxunub 234
Rahat yol istəyirik, amma NARAZIYIQ:  Təmir işləri hansı saatlarda aparılmalıdır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün paytaxt küçələrində genişmiqyaslı abalaşdırma və təmir işləri aparılır. Cavanşir körpüsü tamamilə sökülüb və bir prospekt 5 günlük bağlanıb. İş vaxtında yolların bağlanması vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Artıq sürücülər və sərnişinlər arasında qarşıdurmalar yaranır. Alternativ yollar verilsə də yenə də vətəndaş narazıdır. İşə gedən zaman yolların bağlanması nə dərəcədə düzgündür? Problemin və narazılıqların qarşısını almaq məqsədilə hansı addımlar atılmalıdır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yollarda təmir işləri aparılmalıdır və bunun başqa bir izahı yoxdur:

"Bunun gecə yaxud gündüz aparılması nəyisə dəyişmir. Gecə təmir işləri aparılanda vətəndaşlar narazılıq edəcək ki, səs-küy yaranır və yatmaq mümkün deyil. Gündüz təmir işləri aparanda deyir ki, səhər-səhər işə gecikdim. Bəs bu təmir işləri nə vaxt aparılmalıdır? Hamımız rahat və komfortlu yol istəyirik. Dövlət qurumu hansı saatda aparmalıdır ki, vətəndaş bundan məmnun qalsın. Hər bir halda, bu tümir işi aparılmalıdır. Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur ki, vətəndaşları başqa bir yerə köçürsünlər, sonra yol təmir olunduqdan sonra onları geri qaytarsınlar".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində fərqli yanaşmalar var. İş saatını pozduğuna görə bəzən vətəndaşa kompensasiya ödəyirlər:

"Digər tərəfdən səyahət paketi verirlər ki, sizi narahat etmişik. Bələdiyyə sistemi olan ölkələrdə belə kreativ yanaşmalar var. Amma Azərbaycanda idarəetmə sistemi fərqlidir. Burada dövlət tərəfindən tapşırıq qoyulub və aidiyyəti qurumlar isə bunu icra etməlidir. Hamımız rahat yol istəyirik və təmir vaxtı narazılıq edirik. Mümkün qədər qısamüddətli icra planları həyata keçirilir. Bunu hamımız görürük. Bir yolu maksimum 3-5 günə bitirirlər. Əlavə ciddi problemlər yaranmır. Mümkün şəkildə, operativ və konkret olaraq məsələləri həll edirlər. Məktəb mövsümünü bitməsini gözlədilər və təmirə başladılar. Əsas problem dərs vaxtı yaranırdı. Beləliklə, proseslər həyata keçirilir. Hazırda o qədər nəqliyyat sıxlığı yoxdur. Şəhərin bir çox küçələrində və prospektlərində biz bunu görürük. Tədris vaxtı olmayanda avtomobillərin 30-40 faizi azalır".

(sonxeber.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh