Ramil Usubov 24 nəfəri polisə işə götürdü

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 26-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Bu barədə avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, polis fəaliyyətinə aid olmayanların aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb. Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək arzusunda olan 80 nəfər də qəbulda iştirak edib. Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












