Ramil Usubovun qayınatasının Şuşada viran qoyulmuş evi - FOTO

Uzun illər erməni işğalından sonra, Ordumuz tərəfindən düşmən tapdağından azad olunan Şuşa şəhərində təmir-bərpa işləri həyata keçirilir.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, bərpa işləri demək olar ki, şəhərin bütün yerlərində aparılır. Buna səbəb, digər rayon və kəndlərimiz kimi, Şuşa şəhəri də, Ermənistanın işğalı dövründə, düşmən vandaliziminə məruz qalmışdı. Şəhərdə bir sıra tarixi binalarla yanaşı, tanınmış ziyalıların, şəhər sakinlərinin evlərinə də ciddi ziyan dəyib.
Hətta şəhərdə bəzi tarixi binalar, evlər, infrastruktur obyektlər yerlə yeksan edilib. Amma buna baxmayaraq Şuşalı olan hər bir sakin yurduna geri döndükdən sonra, evinin izi torpaqdan silinsə də belə, yaşadığı yeri hissi və duyğuları ilə tapa bilir.
Ermənilər tərəfindən evi viran qoyulmuş şəxslərdən biri də, Şuşa şəhərinin tanınmış ziyalılarından biri, elmi-pedaqoji hazırlıqlı metodist müəllim Kamran Şirinovdur.
Qeyd edək ki, K.Şirinov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun qayınatasıdır.
K.Şirinovun düşmən tərəfindən dağıdılmış evinin görüntülərini təqdim edirik:




Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












