Ramin Quluzadə Özbəkistan səfirinə Ermənistanın təxribatından danışdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib.
Bu barədə Avtosfer.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Daha sonra R.Quluzadə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər 42 nəfər dinc sakin həlak olub, 206 mülki şəxs yaralanıb, 1 786 mülki infrastruktura, o cümlədən poçt və rabitə infrastrukturuna ziyan dəyib.
Nazir qeyd edib ki, oktyabrın 10-da Moskva şəhərində tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, 24 saat keçməmiş, Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raket atılıb. Raketin mülki əhalinin sıx yaşadığı yaşayış binasına düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 mülki şəxs yaralanıb.
R.Quluzadə Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün göstərdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.
Görüşdə iki ölkə arasında avtomobil, dəniz və hava nəqliyyatı, tranzit yükdaşımaları və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO










