Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM

Müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması, bundan əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı eyni qərarın verilməsi bir sıra sualları gündəmə gətirib.
Ev dustaqlığı qətimkan tədbiri nəyi ehtiva edir? Bu şəxslərə hansı hərəkətlərə icazə verilir və hansı məhdudiyyətlər tətbiq olunur? Onlar hansı hallarda həbs oluna və ya bəraət ala bilərlər? Bu prosesin hüquqi şərtləri nələrdir?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan vəkil Ramil Süleymanov deyib ki, ev dustaqlığı qətimkan tədbirinin tətbiqi və onun şərtləri Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilib.
O qeyd edib ki, sözügedən qanunun 163-cü maddəsinə əsasən, ev dustaqlığı şəxsin həbsdə saxlanılmadan, cəmiyyətdən tam təcrid olunmadan, lakin müəyyən hüquqlarının məhdudlaşdırılması ilə müşahidə olunan qətimkan tədbiridir:
“Ev dustaqlığı zamanı şəxsə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bu, məhkəmə tərəfindən müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Həmçinin belə tədbir həbs qətimkan tədbirinə alternativ olaraq da tətbiq oluna bilər”.
Vəkil bildirib ki, ev dustaqlığı seçildikdə məhkəmə şəxsə müəyyən vəzifələr müəyyən edir və onlar mütləq icra olunmalıdır:
“Bu vəzifələrə daxildir: Yaşayış yerini tamamilə və ya günün müəyyən saatlarında tərk etməmək; məhkəmənin nəzarəti üçün üzərində elektron nəzarət vasitəsi gəzdirmək, həmin vasitənin texniki işləkliyini təmin etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarından kənara çıxmamaq; məhkəmənin icazəsi olmadan yaşayış yerini tərk etməmək və ya daimi yaşayış yerini dəyişməmək.
Məhkəmə zəruri hesab etdikdə şəxsin üzərinə əlavə vəzifələr də qoya bilər. Bunlara, məsələn, kütləvi tədbirlərdə iştirak etməmək və ya müəyyən prosesual tələblərə əməl etmək kimi öhdəliklər daxildir. Qətimkan tədbiri qüvbvədə olduğu müddətdə bütün bu vəzifələr şəxsin təqsiri ilə pozulmamalıdır”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












