Rayon maşınları Bakıya buraxılmayacaq - VİDEO

Paytaxt ərazisinə bölgələrdən gələn avtomobillərə qadağa qoyula bilər. Rayondan gələn maşınların paytaxta girişinə qadağa qoyula bilər. Səbəb isə yarana biləcək tıxacların qarşısının alınmasıdır. Digər bir səbəb isə rayondan Bakıya gələn maşınların bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də onların paytaxtda qəza törətmələri göstərilir. Nəqliyyat Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirdi ki yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq. Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda tıxacların azalmasına gətirib çıxaracaq.
ANS-in məlumatına görə, Avtoekspert Azər Allahverənov bunu müsbət qarşılasa da bir sıra problemlərin olacağınıda bildirdi. Ən əsas problemlərdən biri rayondan gələnlərin maşınlarını paytaxta gələn zaman park edərək əlavə nəqliyyat vasitələrinə pul xərcləmələridir. Yarana biləcək çətinliklərə baxmayaraq, belə bir yeniliyin olması müsbət haldır. Çünki ən azından tıxacların qarşısinı almaq mümkün ola bilər. Amma rayondan gələn sərnişinləri də unutmamaq şərtilə.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












