Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?

anvarın dördündə Tarif Şurasının keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün bir manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün 0.8 manat müəyyən edilib.
Benzinlə işləyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti şəxsi avtomobillərdir. Belə olan halda yanacağın qiymətinin artması əsasən insanları daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək.
Bəs yanacağın qiymətinin artırılması məsələsi rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymət artımına səbəb ola bilərmi?
Oxu.Az-ın sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bu istehlak bazarında xüsusi qiymət artımına səbəb olmayacaq:
“Dizel yanacağının qiymətinin artmasının bu sahədə - sərnişindaşıma ilə məşğul olan avtobusların sahiblərinə ola biləcək hər hansı bir təsirinin qarşısını almaq üçün hökümət yanvar ayına qədər müvafiq kompensasiyalar nəzərdə tutur.
Hökümət bu kompensasiyaların hansı formada verilməsi barədə məlumat verəcək. Yəni burada qiymət artımından söhbət gedə bilməz. Çünki sözügedən istiqamətdə qiymətlərin artırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Tarif Şurasına müraciət olunmalıdır. Biz isə belə bir müraciət etməmişik. Ümumiyyətlə bu istiqamətdə hər hansı müraciət gündəmdə deyil”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












