Rayonlara gediş haqları bahalaşdı

Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik avtomobillərinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı, habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb. Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb. Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər.
Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün 2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar.
Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












