Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF

Azərbaycanda daxili turizmin dirçəlməsi üçün həftə sonlarında yalnız turizm şirkətlərinin turları üzrə hərəkət edən avtobusların Bakıdan çıxışına icazə verilsin.
Bu təkliflə çıxış edən turizm üzrə ekspert Fariz Hacıyev Trend-ə bildirib ki, karantin qaydalarının son mühüm yumşalmasından sonra Bakı ilə rayonlar arası gediş-gəliş bərpa olundu. Amma sərnişindaşımaya olan qadağa qüvvədə qaldığı üçün mikroavtobusların, iri tutumlu avtobusların Bakıdan çıxışına icazə verilmir. Bu isə öz növbəsində daxili turların yenidən dirçəlməsinə böyük maneə yaradır:
“Düzdür, şəxsi minik avtomobil ilə rayonlara gedənlərin sayı kifayət qədərdir. Daima qrup turlarına üz tutan insanlar isə mövcud vəziyyətdən faydalana bilmirlər, çünki fərdi şəkildə istirahətə getmək onlara həm baha başa gəlir, həm də fərdi səyahət turları qrup turları kimi onlara maraqlı gəlmir. Bunları nəzərə alaraq təklif edirəm ki, həftə sonlarında yalnız turizm şirkətlərinin turları olmaqla avtobusların Bakıdan çıxışına icazə verilsin”.
Ekspert əlavə edib ki, tur avtobuslarının hansı qaydada aparılması, bununla bağlı bütün sanitar-gigyenik qaydalar Dövlət Turizm Agentliyi tərəfindən hələ bir necə ay əvvəl hazırlanaraq təsdiq edilib.
Avtobuslarla turların təşkilinin təhlükəsiz olacağı qənaətində olan F.Hacıyev qeyd edib ki, Bakıdakı ictimai nəqliyyatdan fərqli olaraq, tur avtobuslarında yalnız ümumi tutumun yarısının dolmasına icazə veriləcək. Bu da öz növbəsində daha təhlükəsiz səyahət deməkdir.
Ekspert əlavə edib ki, qrup turları postlardan keçərkən şirkətin rəsmi sənədi əsasında tur iştirakçılarının siyahısı, onların gedəcəyi hotel, turun vaxtı qeyd olunacaq:
“Bu da bəzi işbazların vergidən yayınma hallarının aradan qaldırılmasına kömək edə bilər. Eyni zamanda, bəzi hallarda heç bir rəsmi qeydiyyatı olmayan, ofis şəklində fəaliyyət göstərməyən ayrı-ayrı şəxslər tərəfindən də turlar təşkil olunur. Əksər hallarda kütləvi şikayətlər onlarla bağlı olur. Müəyyən rəsmi sənədlər təqdim edilmək şərti ilə turların təşkil olunması bu məsələnin də həll olunması deməkdir”.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










