Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, əksər rayonlarda hava yağıntılı olub.
Sarıbaş, Zaqatala, Oğuz, Şəki, Qəbələ, Balakən, Göygöl, Quba, Gədəbəy, Qrız, Daşkəsən, Ağdərə (Ordubad), Qusar, Şabran, Şahbuz, Naxçıvan, Altıağacda qar yağıb. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5, Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 sm olub.
Yağışın miqdarı Şəmkir, Ağstafada 3, Tovuz, Gəncə, Zərdabda 2, Nabran, Göyçay, Tərtər, Bərdə, Mərəzə, Lənkəran, Cəfərxan, Sabirabad, Astara, Kürdəmir, Bakı, Sumqayıt, Binədə 1 mm olub.
Qərb küləyi Naftalanda arabir 30, Neftçalada 25, Xınalıqda 24, Daşkəsəndə 23, Gəncədə 20, Gədəbəy, Yardımlı, Şəmkir, Tərtərdə 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 20, Neft Daşları, Pirallahıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.9 metrə çatıb.
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












