Rayonlara sərnişin daşıyan avtobusların texniki sazlığı necə yoxlanılır? - VİDEO

Məktəblərin bağlanması və yay mövsümü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara üz tutan sərnişinlərin sayında əvvəlki aylarla müqayisədə artım müşahidə edilir.
Bu da sərnişinlərin avtobuslarla təhlükəsiz şəkildə mənzil başına çatdırılması məsələsini gündəmə gətirib. Bəs hər gün minlərlə sərnişini daşıyan avtobusların texniki sazlığı hansı səviyyədədir? Ümumiyyətlə, xəttə çıxmazdan öncə həmin avtobuslar yoxlanırmı? Avtosfer.az xəbər verir ki, Xəzər Xəbər"in çəkilişi zamanı məlum olub ki, avtobuslar əvvəlcə avtoyuma məntəqəsində yuyulur. Sonra isə texniki müayinə mərkəzinə daxil olur. Ardıcıllığa uyğun olaraq ön və arxa işıqlar, sonra isə əyləc sistemi dəqiqliklə yoxlanır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün avtobuslar hər gün bu iş rejmində yoxlamadan sonra xəttə buraxılır. Texniki müayinə mərkəzinin müxtəxəssisi Fəxrəddin İmanov deyib ki, yoxlamadan sonra avtobus sürücülərinə buraxılış talonu verilir. Sürücülər də deyiblər ki, hər gün sərnişindaşıma ilə məşğul olduqları üçün mümkün qədər nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayırlar. Hər hansı bir nasazlığın olması onların ziyanınadır. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Samir Səfərov isə bildirib ki, bütün bu xidmətlər yalnız qanuni şəkildə faliyyət göstərən avtobuslarda həyata keçirilir. Yəni avtovağzaldan kənar daşıma həyata keçirənlərə onlar məsuliyyət daşımırlar. Onun sözlərinə görə, sağlamlıq durmu normal olmayan sürücülər də avtobusu idarəetməyə buraxılmır. Həmin istiqamət üzrə başqa sürücü ayrılır.
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD











