Regionlarda istirahət etməyin bir günü neçəyə başa gəlir?

İsti yay günləri yaxınlaşdıqca istirahət planları da gündəmə gəlir. Dəniz qırağı, xarici ölkələr və ya şəhər həyatından uzaq, təbiətlə baş-başa keçən bir gün, seçim çoxdur. Amma bu dəfə diqqətimizi Azərbaycanın gözəl regionlarına yönəldək.
Bəs, bölgələrdə bir günlük istirahət qiymətləri neçiyədir?
Avtosfer.az "Trend"ə istinadla xəbər verir ki, rionlarda bir günlük istirahət qiymətləri seçdiyiniz məkanın növü, mövsüm və yerləşdiyi bölgəyə görə dəyişir.
Əgər istirahəti maksimum komfortla, beşulduzlu otellərdə, SPA mərkəzlərində və zəngin səhər yeməyi ilə təsəvvür edirsinizsə, qiymətlər də uyğun olaraq yüksəlir. Məsələn, Quba Palace, Şamaxı Palace, Qəbələ Chenot Palace kimi yerlərdə iki nəfər üçün bir gecəlik qalmaq 250–350 AZN arası dəyişir. Bu qiymətə adətən səhər yeməyi və bəzi əlavə xidmətlər daxil olur. Qəbələ Garden, Şəki Saray, Lerikdəki kiçik otellər və istirahət mərkəzlərində isə qiymətlər 80–150 AZN arasında dəyişir. Bu tip məkanlarda əsasən ailələr istirahət etməyi üstün tutur. Həm qiymət sərfəlidir, həm də şərait qənaətbəxşdir.
Belə ki, kənd evlərində qiymətlər bir nəfər üçün bir günlük qalmaq 20–30 AZN-ə başa gəlir.
Sərfəli və səmimi istirahət istəyənlər üçün kənd evləri ideal seçimdir. İsmayıllı, Lahıc, Lerik və Qax kimi bölgələrdə kənd sakinlərinin kirayə verdiyi evlərdə qalmaq bir nəfər üçün gündə cəmi 20–30 AZN-ə başa gəlir. Əgər ailə ilə getmək istəyirsinizsə, bir günlük 60-80 AZN ödəməklə 2-3 otaqlı ev tapmaq mümkündür. Bu istirahət növü sizi lüksdən uzaq saxlasa da, yerli mətbəx, təmiz təbiət və səmimi qarşılanma ilə yadda qalacaq.
Göründüyü kimi, qış aylarında 160–170 AZN-ə təklif olunan beşulduzlu otel otaqları yayda 250–300 AZN-ə qədər yüksəlir.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












