"Rəqəmsal logistika platforması demək olar ki, hazırdır" - Rəhman Hümmətov

Azərbaycanda rəqəmsal logistika platforması demək olar ki, hazırdır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, platforma növbəti ilin əvvəlindən mərhələli şəkildə ilin sonuna qədər istifadəyə veriləcək.
"Bu, bütün ticarət rejimlərini - idxal, ixrac və tranziti əhatə etməklə, bütün növ lisenziyalarımızı, sertifikatlarımızı əldə etmək üçün 30-dan artıq dövlət qurumunu birləşdirən bir platformadır. Biz bu gün 13-dən artıq dövlət qurumu ilə inteqrasiyaları tamamlamışıq və yaxud tamamlamaq üzrəyik. Bu da 65 %-dən artıq ticarətimizi əhatə edən hissədir. Yəni işin böyük həcmi görülüb.
Burada modullara baxdıqda, ticarət bələdçisi tam istifadəyə hazırdır, pilot rejimində işləyir. Yəni istənilən idxalatçı və ixracatçı Azərbaycan qanunvericiliyi ilə nələr tələb olunursa müraciət edərək sistemdə tam onları əldə edə bilir. İkinci məsələ - bütün bu lisenziyaların əldə olunması üçün "vahid pəncərə" dediyimiz sistemdən müraciət etmək olar. Eyni zamanda daşıyıcılar üçün biz rezervasiya - "booking" modulunu da hazırlamışıq. Yük göndərənlərlə yük daşıyıcılarının bir-birini tapması, sifarişin verilməsi, yükün izlənilməsi kimi bütün imkanlar olacaq", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, platformada hesabatlılıq deyilən monitorinq hissəsi də var: "Bu, bizim üçün yalnız statistik baxımdan önəmli deyil. Biz istənilən sənədin alınması, yüklərin rəsmiləşdirilməsi və daşınması ilə bağlı işləri onlayn rejimdə görə biləcəyik. Bu model dünyada yalnız bəzi ölkələrdə var".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












