Rəqqasənin maşınını qarət edənlər hələ tutulmayıb

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva bir neçə gün öncə avtomobilinə basqın olunmasından danışıb. Lent.az-ın məlumatına görə, “İctimai” radionun “Şose 90” verilişinə qatılan rəqqasə başına gəlmiş hadisə barədə bu sözləri deyib: “Bir neçə gün öncə tələbələrimlə birgə çəkilişə getmişdim. Elə həmin çəkilişdən çıxanda gördüm ki, avtomobilimə basqın ediblər, çantamı götürüblər. Bu hadisəni törədənlər hələ tutulmayıb. Amma hadisə baş verən ərazidə videokameralar var. İnanıram ki, hadisəni törədənlər qanun qarşısında cavab verəcəklər”.
Rəqqasə proqram zamanı avtomobil idarə etməsindən də danışıb: “Əvvəllər maşını sürətlə sürürdüm. Amma son iki ildir yavaş sürürəm. Çünki hazırda sürdüyüm maşından qabaqkı avtomobilim yolun ortasında yanaraq külə dönmüşdü. Həmin hadisədən sonra ehtiyat etməyə başlamışam. Həm də evdə anam mənə dəfələrlə tapşırıb ki, diqqətli olum. Mən də onun dediklərinə əməl edirəm. Bir də onu deyim ki, mən tez nəzərə gəlirəm. Amma mənə gələn hər zaman maşınıma gəlir. Bu, hardasa yaxşı bir haldır. Allah canıma dəyməsin, qalan hər şey boşdur”
Onu da əlavə edək ki, F.Fataliyevanın avtomobilinə naməlum şəxslər iyunun 16-da Abdulla Şaiq küçəsində, “Qorodok” restoranının yanında basqın ediblər. Hadisə günorta saatlarında baş verib.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










