Rəşad Nəbiyev Gert Can Kupman ilə görüşdü - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirib. Avtosfer.az xəbər verir ki, görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələlər müzakirə olunub. Zəngəzur dəhlizinin Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması, Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışılıb. Görüşdə, eyni zamanda Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirakı imkanları nəzərdən keçirilib.
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB














