Rəşad Nəbiyev Naxçıvana səfər edib - FOTO

Dekabrın 18-də Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib.
Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra onlar Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan mərkəzdə 5 laboratoriya, 2 kompüter sinfi, 2 kovörkinq otağı, akt zalı və server otağı yaradılıb. Bu imkanlardan yararlanmaqla müasir texnoloji həllərin hazırlanır və sınaqdan keçirilir. Bu məqsədlə müasir Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərir. İnnovatorlar, tələbələr və elmi yeniliklərlə maraqlanan hər kəs üçün mərkəzin imkanlarından istifadə edə bilər.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə keçirilən praktiki dərslərlə maraqlanıb, tələbələrin fikirlərini dinləyiblər.


Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












