Restoran və şadlıq saraylarında qiymətlər BAHALAŞIB

Azərbaycanda restoran, kafe və şadlıq saraylarında qiymət artımı son günlər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Toy və digər kütləvi tədbirlərin təşkili ilə bağlı xərclərin yüksəlməsi vətəndaşların diqqətini bu sahəyə yönəldib. Sosial şəbəkələrdə menyu qiymətlərinin artması, xidmət haqlarının dəyişməsi və əvvəlki illərlə müqayisədə xərclərin xeyli yüksəlməsi ilə bağlı paylaşımlar geniş rezonans doğurur.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc "Baku.ws"ə bildirib ki, bu bahalaşma iqtisadi proseslərin təbii nəticəsidir. Onun sözlərinə görə, hər il baş verən inflyasiya manatın alıcılıq qabiliyyətinə təsir göstərir və bu da məhsulların qiymətinin artmasına səbəb olur:
"Eyni zamanda yanacaq qiymətlərindəki dəyişikliklər logistik xərcləri yüksəldir. Bu isə həm ərzağın maya dəyərinə, həm də xidmət sektorunda qiymətlərin artmasına birbaşa təsir edir. Personal xərcləri də ildən-ilə artır. Xidmət sahəsində əməkhaqlarının yüksəlməsi restoran və şadlıq saraylarını qiymətləri yeniləməyə məcbur edir".
Vüqar Oruc əlavə edib ki, son beş ildə iaşə sektorunda qiymətlər təxminən iki dəfə artıb:
"Əvvəllər bir nəfərlik tədbir menyusu orta hesabla 50-60 manat civarında idisə, hazırda bu rəqəm 100 manata yaxınlaşır və artım tendensiyası davam edə bilər. Qarşıdakı dövrdə iqtisadi çətinliklər səbəbindən sifarişlərin sayı azala bilər. Bu halda müəssisələr qiymət endirmək əvəzinə işçi ixtisarına, xidmət səviyyəsinin azaldılmasına və ya menyu çeşidinin daraldılmasına üstünlük verə bilərlər. Təqdim olunan "ucuz kampaniyalar" isə çox zaman keyfiyyət və çeşidin azalması hesabına kompensasiya olunur: Əgər maya dəyəri artırsa, qiymətlərin ciddi şəkildə ucuzlaşması real görünmür. Endirimlər əsasən reklam xarakteri daşıyır. İaşə sektorunda sabitlik yalnız ümumi iqtisadi sabitlik və xərclərin optimallaşdırılması fonunda mümkün ola bilər".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












