Ruhi Əliyeva qazi Elçin Səmədovun evinə getdi - FOTO

Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşüb.
Avtosfer.az xəbər verir ki, Ruhi Əliyeva qazi ilə görüşü haqda deyib: "Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ağır yaralanmış qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşdüm. Elçinin səhhətində olan problemlər məni çox narahat etdiyindən onun müalicəsini həyata keçirməyi özümə mənəvi borc bildim. Hər daim Elçinin və Qəbələ şəhərindəki digər qazilərimizin yanında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi müəllimin (Səbuhi Abdullayev red.) və onun müavini Arif (Arif Allahverdiyev red.) müəllimin qazimizə olan doğma münasibəti və qayğısı məni çox sevindirdi. Dövlətimiz hər zaman olduğu kimi daim hər bir qazimizin və şəhid ailəsinin yanındadır".
Ruhi Əliyeva deyib ki, Elçinin sağlamlığına qovuşması üçün əlindən gələn hər şeyi edəcək: "Cənab Prezidentin bu sahədə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunur. Elçinə Qəbələ şəhərinin mərkəzində 3 otaqlı mənzilin verilməsi, həmçinin ailəsinə maddi yardımların edilməsi də məni çox sevindirdi. Mən də bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən vəzifəni sonadək yerinə yetirəcəm. Mənim üzərimə düşən vəzifə isə Elçinin tez bir zamanda sağlamlığına qovuşmasına yardım etməkdir. Lakin bir faktı da nəzərinizə çatdırıram ki, Elçinin hərbi qulluqçu olmasını nəzərə alınaraq, onun müalicəsi özünəməxsus şəkildə aparılmalıdır.
Onun ətraflı müayinəsi və müalicəsi əvvəlcə Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalında aparılacaq. Elçinin müalicəsinə dəstək olmaq üçün Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyi və Elçinin ailə üzvləri tərəfindən mənə zəruri şərait yaradılmağından çox məmunam. Onun müalicəsi zamanı hərbi həkimlərlə bərabər, mülki xəstəxanalardan da ən yaxşı həkimlərin müalicə prosesinə cəlb edilməsi təmin ediləcək.
Hərbi Hospitalda müalicə kursu tam başa çatdıqdan sonra isə Elçinin ölkə daxilində ən yaxşı özəl xəstəxanalarda və xaricdə müalicəsi həyata keçiriləcək. Sağlamlığını bizlər üçün düşünmədən fəda edən Qazimiz Elçin Səmədov tam sağlamlığına qovuşanadək əlimdən gələni əsirgəməyəcəm. Allah Elçini xoşbəxt etsin".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










