Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək - Overçuk

Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyənin dəmir yollarıyla birləşdirilməsi üçün iki dəmir yolu sahəsinin bərpasının texniki və maliyyə şərtlərinin qiymətləndirilməsini aparacaqlar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Ermənistan tərəfinin müraciətinə uyğun olaraq, Rusiya Ermənistanın iki dəmir yolu sahəsinin bərpası haqqında əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, Ermənistanın Yerasx rayonunda Azərbaycan dəmir yolları ilə, həmçinin Axuryan yaşayış məntəqəsi rayonunda Türkiyənin dəmir yolları ilə birləşməsini təmin edəcək", - o bəyan edib.
Bərpa edilməli olan sahələrin ümumi uzunluğu 1,6 km və 12,4 km təşkil edir.
Onun sözlərinə görə, dəmir yolu sahələrinin bərpası Rusiyaya Naxçıvanla (Azərbaycan), Türkiyə ilə – Aralıq dənizi limanlarına çıxışla, həmçinin İranla – Fars körfəzi və Hind okeanı limanlarına çıxışla birbaşa dəmir yolu əlaqəsi imkanı verəcək.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












