Rusiya İstintaq Komitəsi AZAL təyyarəsinin qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edildi", - o deyib.
O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.
"Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.
Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.
"İstintaq Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur”, - İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












