Rusiya Nəqliyyat Universiteti təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur. Müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Təminat:
- Təhsil haqqının tam ödənilməsi
- Aylıq təqaüd
- Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları
Müsabiqədə iştirak edə bilər:
- Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)
Seçim turları:
- Riyaziyyat və məntiqdən onlayn test
- Oflayn müsahibə (Azərbaycan və rus dillərində)
Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025
Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.
Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:
- Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
- Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri
- Tibbi arayışın skan edilmiş surəti
- İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti
- Ərizə – anket
Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR








