Rusiya təxribatları: Anti-Azərbaycan kampaniyası, konsulluq qarşısında aksiya və susan istintaq

Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik fonunda qarşı tərəfin qərəzli və təxribat xarakterli addımları davam edir. Rəsmi Moskvanın müxtəlif vasitələrlə ölkəmizə qarşı yönəltdiyi əsassız ittihamlar, marjinal qruplaşmaların əli ilə təşkil edilən təxribat xarakterli aksiyalar, media müstəvisində şər-böhtan xarakterli çıxışlar, eləcə də Azərbaycanın Ukraynaya münasibətdə tutduğu mövqeyə görə ittiham olunması bu əlaqələrin sağlam və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmadığını göstərir.
Hazırkı vəziyyət, əslində, Kreml tərəfindən illərdir yürüdülən ənənəvi qeyri-konstruktiv və təkəbbürlü siyasətin yeni fazaya keçdiyini nümayiş etdirir. Bütün bunlar sübut edir ki, Rusiya tərəfi bölgədə dəyişən geosiyasi reallıqları qəbul etməkdə və onlara uyğun davranmaqda maraqlı deyil. Əksinə, təzyiq və təxribat vasitələri ilə bu konyunktura xələl gətirmək istəyir. Bu yanaşma isə nə regional sabitliyə, nə də ikitərəfli münasibətlərin gələcəyinə töhfə verir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-a danışam Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Rusiyanın Azərbaycana qarşı qərəzli münasibəti, müxtəlif təxribatları, müxtəlif şəxslərin dili ilə ölkəmizin əleyhinə səsləndirilən yalan-böhtan dolu fikirlər Kremlin hələ də yanlış siyasət həyata keçirdiyinin göstəricisidir:

"Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin iştirakı ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər Cənubi Qafqazda yeni vəziyyətin yarandığının təsdiqidir və Rusiya bu reallığı qəbul etməlidir. Amma Kremldən idarə olunan qüvvələrin ortaya qoyduğu yanlış mövqe bunun əksini göstərir. Rusiyanın hansısa marjinal qruplaşmasının Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat xarakterli aksiya keçirməyə cəhd etməsi də bu amillə bağlıdır. Belə görünür ki, Kreml hələ də təxribatlarını davam etdirməkdə qərarlıdır".
"AZAL-ın təyyarəsinin Rusiya hava məkanında vurulması, Yekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri, bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter alması, kiberhücumlar, anti-Azərbaycan kampaniyası ölkəmizdə çox böyük qəzəb, məyusluq və təəssüf doğurur. Bu ölkənin hüquq-mühafizə orqanları bu günə qədər Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması, Yekaterinburqda baş verən zorakılıq faktı ilə bağlı obyektiv araşdırma aparmayıb, günahkarları cəzalandırmayıb, azərbaycanlılara qarşı zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməyib, kompensasiya ödənməyib. Aparılan istintaqın nə vaxt başa çatacağı da bəlli deyil. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində də qeyd etdi ki, bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq", - deyə müsahibimiz vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, bütün halda münasibətlərin bu səviyyədə olmasına görə məsuliyyət Azərbaycanın yox, yanlış, riyakar siyasət həyata keçirən Rusiyanın üzərinə düşür:
"Azərbaycanın mövqeyi haqlı, ədalətli və beynəlxalq hüquqa uyğundur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik".
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










